Dərc edildi: Baxış sayı: 661
Rusiyalı jurnalist: Rostovda erməni diasporunun fəaliyyətindən narazıyam
Rusiyalı müstəqil jurnalist, beynəlxalq münaqişələr üzrə ekspert Yevgeni Mixaylov Rusiyanın cənubunda erməni diasporunun fəaliyyətindən narazıdır.
Jurnalist erməni diasporunun bəzi nümayəndələri səbəbindən həyat səviyyəsinin aşağı düşdüyü Rostov vilayətinin taleyindən narahatdır.
“Erməni diasporunun bəzi nümayəndələrinin yalanları erməniləri ötən yüzillikdə məhv olmaqdan xilas edən ölkəyə qarşı hörmətsiz münasibətini üzə çıxarır.
Bundan əlavə, Rusiyanın cənubunda, Rostov vilayətində bizim milli maraqlara zidd olaraq, keçmişdə polis zabiti olmasına baxmayaraq, şərəf və ləyaqətini itirmiş bir şəxsin rəhbər vəzifəyə təyin olunmasına çalışırlar.
İmkanlı erməni sahibkarların maraqlarını müdafiə edən şəxsin vəzifəyə gəlməsi yolverilməzdir, biz buna yol verməməliyik”, - deyə jurnalist öz “Youtube” kanalında deyib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət