Slimfit
  1. MEDİA

Rusiyalı ekspert: 'Parlamentin buraxılması İlham Əliyevin hökumətdəki islahatlar xəttinin davamı olacaq'

Rusiyalı ekspert: 'Parlamentin buraxılması İlham Əliyevin hökumətdəki islahatlar xəttinin davamı olacaq'
Sakura

Rusiyalı ekspert: 'Parlamentin buraxılması İlham Əliyevin hökumətdəki islahatlar xəttinin davamı olacaq'…

"Son günlər Azərbaycanda aydın şəkildə ifadə olunan bütün islahatları Prezident İlham Əliyevin hökumətdəki islahatlar, hökumətin xalqla yaxın olması, məmurların sayının az, amma işlərinin daha səmərəli olmasını təmin etmək xəttinin davamı hesab edirəm. Bütün bunlar ölkənin iqtisadi və strateji təhlükəsizliyinin inkişafı üzrə ümumi strategiyaya uyğundur".

Bunu "Report"a rusiyalı ekspert Yevgeni Mixaylov hakim Yeni Azərbaycan Partiyasının Milli Məclisin buraxılması təşəbbüsünü şərh edərkən deyib.

Onun sözlərinə görə, bu proseslərin vacib elementi prezidentin başlatdığı xətti davam etdirmək üçün parlamentin öz-özünü buraxmaq istəyidir.

Ekspert bildirib ki, parlamentdə uzun müddətdir oturanlar "qocalıblar" və artıq müasir çağırışlara müvafiq şəkildə cavab verə bilmirlər, qərarlar qəbulunda daha az effektli olublar.

"Məhz buna görə də onlar belə qərar veriblər. Onlardan kimisə seçsələr, deməli, xalq onları layiqli sayıb. Əsas kütlə isə, fikrimcə, gedəcək. Onların əvəzinə təzə qüvvələr gələcək və yenilər Azərbaycan xalqının rifahı üçün çalışacaq", - Y.Mixaylov fikrini tamamlayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq yazıçısı Mirzə İbrahimov görkəmli tarzən Qurban Pirimovun kürəkəni olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR