Slimfit
  1. SİYASƏT

Rusiyalı ekspert: "Ermənistan torpaqları qeyd-şərtsiz qaytarmalıdır"

Rusiyalı ekspert: "Ermənistan torpaqları qeyd-şərtsiz qaytarmalıdır"
Sakura

Rusiyalı ekspert: "Ermənistan torpaqları qeyd-şərtsiz qaytarmalıdır"

“Azərbaycan tərəfindən Ermənistana qarşı hər hansı təcavüz yoxdur. Əksinə, Azərbaycan uzun illərdir torpaqlarını işğal altında saxlayan Ermənistanın təczvüzkarlığına cavab verir. Bu, Azərbaycanın öz torpaqlarını azad etmək üçün haqlı mübarizəsidir”.

Ens.az xəbər verir ki, bu fikirləri “Report”un Rusiya bürosuna eksklüziv müsahibəsində rusiyalı politoloq Aleksandr Perenciyev deyib.

“Ermənistanın qeyd-şərtsiz qaytarmalı olduğu torpaqları Azərbaycan indi qaytarmağa çalışır. Mənəvi cəhətdən haqlı tərəf Azərbaycandır”, – ekspert bildirib.

Onun fikrincə, Ermənistan baş naziri Nikol Paşinyan mütəmadi olaraq “Azərbaycan öz ərazilərini hərb yolu ilə qaytarmaq qərarına gəlsə, hamı əziyyət çəkəcək” fikrini önə çəkərək beynəlxalq birliyə təzyiq göstərməyə çalışır ki, hamı hərbi əməliyyatlara qarşı çıxsın: “Danışıqları sonsuzluğadək uzatmaq Ermənistana sərf edir. Bu danışıqları onlar torpaqları qaytarmaqdan savayı hər şey barədə aparmağa hazırdır”.

Təmas xəttində sentyabrın 27-də baş verən hadisələrə dair Rusiyanı mövqeyini şərh edən politoloq Moskvanın bütün hallarda hərbi əməliyyatlara dəstək verməyəcəyini, münaqişənin dinc yolla həllinə tərəfdar çıxacağını vurğulayıb:

“Fikrimcə, yenə də Rusiya danışıqların zəruriliyi barədə danışmaqdan savayı həm də bu danışıqları irəli aparmaq üçün müvafiq mexanizm yaratsaydı, daha yaxşı olardı. Yəni İlham Əliyev demişkən danışıqlar xatirinə danışıqlar yox, nəticə xatirinə danışıqlar olsun. Təəssüf ki, hələlik Rusiya bu cür mexanizm ortaya qoymayıb”.

 
 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı milyonçusu Musa Nağıyev öz dostları ilə. Qeyd edək ki, Azərbaycana ilk avtomobili məşhur xeyriyyəçi, mesenat Hacı Zeynalabdin Tağıyev, daha sonra isə Rotşildlər gətirmişdi.

Redaktor seçimi

SON XƏBƏRLƏR