Slimfit
  1. MEDİA

Rusiyalı ekspert: Azərbaycan “Qeyri-sabitlik qövsü”nə daxil deyil

Rusiyalı ekspert: Azərbaycan “Qeyri-sabitlik qövsü”nə daxil deyil
Sakura

Rusiyalı ekspert: Azərbaycan “Qeyri-sabitlik qövsü”nə daxil deyil

Son illər müəyyən “Qeyri-sabitlik qövsü”nün olması – inqilab, dinlərarası və millətlərarası münaqişələr, separatçılıq barədə tez-tez danışırlar. Cənub-Şərqi Asiyadan Afrika və Ukraynayadək uzanan zəncirin yarandığı hesab edilir. Bu, əslində belədirmi?

Media.Az məsələ ilə bağlı rusiyalı politoloq, “Platforma” sosial layihələndirmə mərkəzinin qurucusu, Rusiya İctimaiyyətlə Əlaqələr Assosiasiyasının Sosiologiya komitəsinin sədri Aleksey Firsovla müsahibəni təqdim edir:

- Fikrinizcə, “Qeyri-sabitlik qövsü” mövcuddurmu?

- Bizdə həndəsi məcazlardan istifadə etməyi çox xoşlayırlar. Hazırda Rusiyada da hansısa daxili “Qeyri-sabitlik qövsü” yaranıb. Bu, mətbuatda dolaşmağa başlayan termindir. Söhbət etirazların nəzərə çarpdığı şəhərlərdən – Yekaterinburq, Arxangelsk, Moskva və Sankt-Peterburqdan gedir. Və xarici “Qeyri-sabitlik qövsü” barədə danışırlar. Rusiya sanki cəbhələrin halqasındadır.

Əlbəttə ki, müəyyən xətt üzrə birləşdirməyin mümkün olduğu qeyri-sabit ölkələr var. Rusiyanın sərhədi olduqca genişdir, bu ölkələrin bir qismi sərhəd boyunca yerləşir. Onları da bu “qövs”ə daxil etmək olar. Lakin başa düşmək lazımdır ki, bu ölkələrin çoxu yaranmaları baxımından yenidirlər. Söhbət SSRİ-nin dağılmasından və digər proseslərdən gedir. Buna görə də Rusiyanın ətrafında və daxilində belə zonaların olması təəccüblü deyil. Olsun, gəlin bunu “qövs” adlandıraq.

Lakin Rusiya ilə sərhədi olmadığı halda heç bir həndəsi fiqur formalaşdırmayan dövlətlər də var.

- Məsələn, Xəzəryanı regionda vəziyyəti və digərlərini silkələməkdə maraqlı olan hansısa xarici qüvvələr varmı və bu, necə deyərlər, “kollektiv Qərb”dirmi? Biz Ukraynanı (Petro Poroşenko prezident olarkən), ötən il Ermənistanda “məxməri inqilab”ı gördük. Vaxtaşırı olaraq Qazaxıstanın, Mərkəzi Asiyanın digər ölkələrinin silkələnməsi barədə əndişələr səslənir.

- “Kollektiv Qərb” mövcud deyil. Qərb müxtəlifdir. Onu birləşdirən dəyərlər, mədəniyyət var, lakin fərqli xarici siyasət səbəbindən Qərb parçalanır. Hətta Avropanın daxilində hazırda xeyli fikir ayrılığı mövcuddur. Lakin əminəm ki, geosiyasi və iqtisadi ekspansiya vəziyyətində olan istənilən güclü ölkə öz təsir dairəsini genişləndirməyə çalışır və bu da təbiidir. Bu ölkələr istər-istəməz hadisəyə təsir edir, onu idarə etməyə çalışır. Söhbət vəziyyətin çox sabit olmadığı yerlərdə öz maraqlarını genişləndirməkdən gedir.

Bəzi dövlətlərin belə fəaliyyət baxımından böyük tarixi təcrübəsi var. Bəziləri öz maraq zonalarını genişləndirmək üçün Çin kimi iqtisadi rıçaqlardan istifadə edir. Müxtəlif strategiyalar ola bilər. Bu, sadəcə güclü dövlətlərin daxilində yerləşdirilmiş ekspansionist məntiqdir. Onlarda potensial toplanıb və bunu öz milli sərhədlərinin hüdudlarından kənarda inkişaf etdirmək istəyirlər.

- ABŞ daha çox təzyiq vasitələri, təsiri olan iri dövlətlərdən biridir...

- Çünki onların daha çox resursu var. Əgər Rusiyanın bu qədər imkanı olsaydı, əminəm ki, buna bənzər şey edərdi. Bununla belə, SSRİ dövründə artıq belə olmuşdu. Moskva həmin vaxt dünyada özünün təsir zonalarını yaradırdı. Bu, dövlətin təbiətində var.

- Əgər “Qeyri-sabitlik qövsü” varsa, yəqin “Sabitlik qövsü” də mövcuddur, yaxud ən azından, qeyri-sabit olmaq istəməyən və təkidlə müqavimət göstərən ölkələr var. Götürək Cənubi Qafqazı. Sizcə, Azərbaycan “Qeyri-sabitlik qövsü”ndə yerləşir?

- Əlbəttə ki, xeyr. Resursların olması, eləcə də idarəçiliyin daha səmərəli qurulmuş modeli kömək edir. Azərbaycan qonşuları ilə müqayisədə daha çox dayanıqlı dövlətdir.

- “Narıncı”, “məxməri” və digər inqilablar ölkədə sabitliyə gətirib çıxarırmı? Cənubi Qafqazdan danışsaq, Gürcüstan və Ermənistan təcrübələri var. Həyat daha da yaxşılaşmadı, etirazlar isə daha da artdı.

- Heç bir inqilab tez bir zamanda sabitlik gətirmir. İnqilab köhnə institutları dağıdır, yenilərinin yaradılması isə uzunmüddətli prosesdir. Həqiqətən də bu ərazilər silkələnir. Üstəlik, qarşılanması mümkün olmayan yüksək gözləntilər faktoru işləyir. Ağıllarda frustrasiya (aldadılma hissi və vədlərin yerinə yetirilməməsi – red.) əmələ gəlir: “maydan”, “inqilab” ideallarını satdılar”. Buna görə də hakimiyyət potensial olaraq sistemin böhranına gətirib çıxara biləcək ziddiyətləri üst-üstə yığmamalıdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Tısbağanı xilas etdi

Redaktor seçimi

SON XƏBƏRLƏR