Dərc edildi: Baxış sayı: 471
Rusiyalı dirijor Bakıya gəlir
Fevralın 23-də Heydər Əliyev Sarayında Sankt-Peterburqdan olan məşhur dirijor, musiqiçi və bəstəkar İqor Ponomarenkonun rəhbərlik etdiyi orkestrin ifasında “Rock Hits Show” adlı konsert proqramı təqdim ediləcək.
Saraydan AZƏRTAC-a bildirilib ki, konsertdə bir-birindən maraqlı kompozisiyalar səsləndiriləcək.
Qeyd edək ki, bir sıra əsərləri, xüsusilə də məşhur “Xanım və kəndli qadın” və “Kaştanka ehtirasları” müziklləri bəstəkar və dirijor İqor Ponomarenkoya şöhrət gətirib. O, həmçinin “Ma.Qr.İq.Al” və “Terem-kvartet” musiqi kollektivlərinin yaradıcısıdır. İqor Ponomarenko Rusiyada və bütün dünyada böyük populyarlıq qazanmış Sankt-Peterburq “IP ORCHESTRA” simfonik orkestrinin əsasını qoyub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət