Slimfit
  1. SİYASƏT

Rusiyalı deputat: 'Azərbaycan postsovet ölkələri üçün nümunə ola bilər'

Rusiyalı deputat: 'Azərbaycan postsovet ölkələri üçün nümunə ola bilər'
Sakura

Rusiyalı deputat: 'Azərbaycan postsovet ölkələri üçün nümunə ola bilər'

“Azərbaycan Rusiya ilə münasibətləri inkişaf etdirməyə səmimi səy göstərdiyinə hər hansı şübhə üçün heç vaxt əsas verməyib”.

Bunu “Report”un Rusiya bürosuna Rusiya Federasiyası Şurasının Beynəlxalq İşlər Komitəsinin sədri Konstantin Kosaçev X Rusiya - Azərbaycan regionlararası forumu zamanı bildirib.

“Əsas göstəricilərdən biri Azərbaycanda rus dilinə, rusdilli əhaliyə, bizim müştərək tariximizə olan münasibətdir. Bu mənada Azərbaycan bütün postsovet ölkələr üçün nümunə təşkil edə bilər. Əlbəttə, bu da bütün sahələrdə, ilk növbədə, iqtisadiyyatda irəli getmək üçün zəruri mənəvi güc, qüvvə yaradır. Ölkələrimiz arasında ticarət dövriyyəsi ilbəil artır. Həmçinin sosial və humanitar sahələrdə də münasibətlərimiz inkişaf edir”,- Rusiya parlamentinin üzvü deyib.

O, bütün bunların Rusiya və Azərbaycan xalqları üçün çox mühüm əhəmiyyət kəsb edən uzunmüddətli əməkdaşlığa zəmin yaratdığını diqqətə çatdırıb: “Biz doğru yoldayıq. Bu əməkdaşlığa regionlararası məzmun da qatırıq. Keçirilən regionlararası forum da bu marağın qarşılıqlı, dayanıqlı, ciddi və uzunmüddətli olduğuna dəlalətdir”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünya tarixində ən sürətli nəsil artırmaq göstəricisi Mərakeş sultanı Mulay İsmayilə aiddir. İldə 58 uşaq ilə nəsil artırıb. 31 yaşında onun artıq 525 oğul, 342 qız övladı var idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR