Rusiyalı alimlər xərçəngin müalicəsində irəliləyiş əldə ediblər
Siçanlar və dovşanlar üzərində sınaqdan keçirilən dərmanların istifadəsi şişin böyüməsini yavaşladıb, bəzi hallarda onu tamamilə müalicə edib.
FaktXəbər-in RİA Novostiyə istinadən məlumatına görə, Rusiyanın Kazan Universiteti və "Tatximfarmpreparatı" şirkəti ilk dəfə artrit və əlavə xərçəng növlərinə qarşı müalicənin effektivliyini artıran dərman təqdim edib.
"Biz Cenevrədəki sərgiyə iltihab əleyhinə dərman və hər hansı bir anti-şiş terapiyasının effektivliyini əhəmiyyətli dərəcədə artıran dərman gətirdik", - deyə Kazan Universitetinin tibbi kimya kafedrasının müdiri Konstantin Balakin bildirib:
"KFU-01 preparatı aşağı dozada olsa da, iltihabı aradan qaldırır və xəstəliyin təkrarlanmasına səbəb olan iltihabi faktorları məhv edir. Onun aşağı zəhərlilik, güclü analgetik effekti var, dəri və saçın vəziyyətini yaxşılaşdıra bilər. Klinik tədqiqatlar ilin ortalarında başlamalıdır və 2024-cü ildən etibarən bazarda satışa çıxarılmalıdır.
İkinci elmi kəşf isə bir çox növ xərçəng növünə qarşı müalicənin təsirini artıra biləcək əlavədir. KFU-02 preparatı hər hansı bir şiş terapiyasına qarşı xərçəng hüceyrəsinin qabiliyyətini bloklayan inhibitordur. Siçanlarda və dovşanlarda sınaqdan keçirildikdə şişin böyüməsini yavaşlatdı və bəzi hallarda isə tamamilə sıradan çıxardı. Tədqiqatçılar bu dərmanın onkoloji terminal mərhələlərində işləyəcəyinə ümid edirlər.
KFU-02-nin klinik sınaqları 2019-2020-ci illərə planlaşdırılır. İnsanda müvəffəqiyyətlə sınaqdan keçirildikdə, dərman 2024-cü ilə qədər də satıla bilər."
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət