Slimfit
  1. DÜNYA

Rusiyalı akademik: “Pnevmoniya COVID-19-un ən qorxulu təzahürü deyil”

Rusiyalı akademik: “Pnevmoniya COVID-19-un ən qorxulu təzahürü deyil”
Sakura

Rusiyalı akademik: “Pnevmoniya COVID-19-un ən qorxulu təzahürü deyil”

“Çox çətin dövrdə yaşayırıq. Bu il yeni növ koronavirus infeksiyası olan COVID-19-un diqtəsi ilə keçir. Təbii ki, hamını bu vəziyyətin hələ nə qədər davam edəcəyi, növbəti dalğanın olub-olmayacağı, yoxsa hələ də köhnə dalğada yaşadığımıza dair suallar maraqlandırır. Ancaq deməliyəm ki, görünür, bəşəriyyət bu durumla barışmalı və bu yeni reallıqda yaşamağa davam etməli olacaq. Virus artıq heç yerə getməyəcək, ya xəstələnib sağalmaqla, ya da peyvəndləmə ilə onu məğlub edə bilmədiyimiz müddətdə sirkulyasiya edəcək”.

Ens.az xəbər verirki,bunu “Report”un Rusiya bürosuna eksklüziv müsahibəsində tibb alimi, Rusiya Elmlər Akademiyasının akademiki, Rusiya Pediatrlar İttifaqı İcraiyyə Komitəsinin sədri Leyla Namazova-Baranova deyib.

“Yeni koronavirus nə ilə təhlükəlidir? İş ondadır ki, insanlar ona müxtəlif yollarla yoluxur. 10 yaşadək uşaqların praktik olaraq xəstələnmədiklərini, əvəzində məktəblilərin və yeniyetmələrin xəstələndiyini müşahidə edirik. Böyüklər xəstələnir, özü də nə qədər yaşlı olursa, bir o qədər ölüm riski artır. Amma yaşdan əlavə, səhhətdəki problemlər də çox vacib amildir. Həddindən artıq çəkidən və piylənmədən əziyyət çəkənlər, qan laxtalanmasında pozuntu olanlar, şəkəri yüksək olan insanlar, yəni diabet xəstələri faciəli ölüm üçün ən həssas qruplardır. Buna görə yaşından asılı olmayaraq ailənin erkən infarkt və insult keçirənlər, tromboz əlamətləri olanlar varsa, bu insanlar müayinə olunmalı və müvafiq müalicə almalıdır, əks halda virus ailəyə düşərsə, təəssüf ki, mümkün olan ən pis sonluqla nəticələnəcək. Belə olan halda yaş əsas amil olmur”, - o deyib.

“Bir çoxları yeni növ koronavirus infeksiyasını pnevmoniyanın mənbəyi kimi qəbul etdi, amma əslində pnevmoniya bu xəstəliyin ən qorxulu təzahürü deyil. Əslində mikrotromboz yaranır və həm ağciyər, həm ürək, həm böyrək, həm mədəaltı vəzi və hətta beyin bir arada əziyyət çəkir. Digər infeksiyalarda, demək olar, müşahidə olunmayan iybilmə hissinin itkisi də virusun neyrotrop xarakterinin təzahürüdür. Virus beyinə daxil olur. Beyinə düşürsə, nə gözləyə bilərik? Təbii ki, iş qabiliyyətinin azalmasını, uşaqlarda koqnitiv və idraki funksiyaların üçdə bir həcmində azalmasını və s.

Tədris başlayıb, yeni iş ili başlayıb, insanlar isə düşünmürlər ki, xəstəlik yüngül keçsə də, reabilitasiya keçməli, bərpa olunmalıdırlar. Oxucuları qorxutmaq istəmirəm, hətta bəşəriyyətin hələ anlamadığı, amma tezliklə iş qabiliyyətinin və intellektual funksiyasının azalmasının çox böyük miqyasda qeydə alınacağı zaman Altshaymer xəstəliyi kimi yeni epidemiya görəcəyinə dair nəzəriyyə də var”, - akademik bildirib.

“Sağlamlığınıza diqqətlə yanaşmalısınız və əlbəttə ki, peyvənd etmək imkanı olan kimi dərhal bunu etməlisiniz. Yaxşı ki, bu gün bir neçə peyvənd hazırlanır və əhali üçün getdikcə daha çox əlçatan olur. Düşünürəm ki, Azərbaycan vətəndaşları da imkan əldə edən kimi peyvənd olunmalıdır.

Daha bir çox vacib məsələ tam olaraq nəyə qarşı peyvənd olunmağın zəruri olmasıdır. Çünki artıq qrip və pnevmoniyanın tezliyinin təbii olaraq artdığı payız dövrünə qədəm qoymuşuq. Koronavirus qriplə birlikdə keçərsə, bu daha çətindir, pnevmokok infeksiyası da onlara qoşulsa, ölüm riski artır. Bu səbəbdən qrip, pnevmokok və s. qarşı peyvənd olunmayanlar mütləq bunu etməlidir. Uzun illərdir əhalinin infeksiyalardan gələn təhlükə hissini itirdiyindən bəhs edirik, amma koronavirusla bağlı bu vəziyyət bizi bir daha nəyinsə qarşısını almağın müalicədən daha yaxşı olduğu fikrinə qaytarır”, - professor fikrini tamamlayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şirvan Bico xalçası, Kanada Tekstil Muzeyinde saxlanılır.

Redaktor seçimi

SON XƏBƏRLƏR