Dərc edildi: Baxış sayı: 452
Rusiyadan İrəvana uçuşlar kəskin bahalaşdı
Moskvadan İrəvana və əksinə uçuş üçün aviabiletlərin qiyməti ötən ilin analoji dövrü ilə müqayisədə 43.8 faiz artaraq 15.109 rubla çatıb.
Axar.az xəbər verir ki, bu barədə “TourDom” portalı yazıb.
Məlumata görə, sözügedən bahalaşmaya səbəb Rusiyadan Gürcüstana uçuşların qadağan edilməsidir. Gürcüstanda planlaşdırılmış istirahətlərindən imtina etməmək üçün rusiyalılar İrəvana və ya Bakıya uçur, buradan avtobuslarla Gürcüstana keçirlər. Sərnişinlər həmçinin Gürcüstana getmək üçün transferli uçuşlardan da istifadə edirlər.
Portal həmçinin Moskva şəhərindən Yakutsk, Münhen və Burqas istiqamətində uçuşların da əhəmiyyətli dərəcədə bahalaşdığını qeyd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət