Dərc edildi: Baxış sayı: 1077
Rusiyadan gətirilən daha 175 azərbaycanlı Vətənə çatıb
Bu gün Milli aviadaşıyıcının çarter reysi ilə 175 nəfər Azərbaycan vətəndaşı Moskvadan Bakıya çatdırılıb.
Ens.az xəbər verir ki,bu barədə "Report"a "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən məlumat verilib.
Ölkəyə gələn bütün sərnişinlər reysdən sonra karantinə yerləşdirilib.
Qeyd edək ki, çarter reysləri AZAL tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun həyata keçirilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət