Slimfit
  1. AZƏRBAYCAN

Rusiyadan gələn azərbaycanlılar ölkəyə buraxıldı

Rusiyadan gələn azərbaycanlılar ölkəyə buraxıldı
Sakura

Rusiyadan gələn azərbaycanlılar ölkəyə buraxıldı

Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında əldə olun­muş razılı­ğa əsasən və Azərbaycan Respublikasının Nazirlər Ka­bineti yanında Operativ Qərargahın 31 mart tarixli qərarına uyğun olaraq aprel ayı­nın 4-də saat 11:00-dan başlamaqla “Samur” dövlət sərhədindən bura­xılış məntəqəsində Rusiyadan ölkə ərazisinə gələn Azərbaycan Respub­likası vətəndaşlarının qəbulu, ölkə ərazisinə bu­ra­xılmaları, ilkin müayinə olunmaları və karantin rejimində təcrid edilmələri üzrə tədbirlər həyata keçirilib.

Dövlət Sərhəd Xidmətindən (DSX) Modern.az-a verilən məlumata görə, ölkəyə daxil olan şəxsləri qarşılayan Azərbaycan sərhədçiləri tərəfindən sərhəd və gömrük nəzarətindən sonra “Tibbi Ərazi Böl­mə­lərinin İda­rəetmə Birliyi” (TƏBİB) ilə qarşılıqlı əlaqədə onların zəruri karantin rejimi tədbirlərinə cəlb olunmaları təşkil edilmişdir. Dövlət sərhədini keçdikdən sonra vətəndaşların hər birinə xüsusi qoru­yucu maskalar və digər təhlükəsizlik vasitələri verilir, onlar Azərbay­canda elan olun­muş xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq sərhədyanı rayon­ların ərazisində bu məqsədlər üçün ayrılmış mərkəz­lərdə müəyyən olun­muş müddətlərdə karantin rejiminə yerləşdirilirlər.

Azərbaycan Respublikasının Prezidenti cənab İl­ham Əliyevin tapşırığına əsasən Azərbaycan Respublikasının Dövlət Sər­həd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev 4 aprel tari­xində “Samur” dövlət sər­hədindən buraxılış məntəqəsində olub və Rusiya Federasiya­sın­dan gələcək vətəndaşların qarşılanması və sanitar-karantin tədbir­lərinə cəlb olunması üzrə hazırlıq vəziyyətini yoxlayıb.

Dövlət sərhədin­dən buraxılış məntəqəsində xidmət apa­ran şəxsi heyətin təhlükə­siz­liyinin təmin edilməsi və sağlam­lıqlarının qo­runması üçün görül­müş işlər nəzərdən keçirilib, zəruri tapşırıq və göstərişlər veril­ib. Ka­­rantində saxlanılacaq şəxslərin qalması üçün ayrılmış yerlərə və yaradılmış şəraitə, həmin şəxslərin daşınması üçün nə­zərdə tutul­muş nəqliyyat vasitələrinə baxış keçirilib.

 Dövlət sərhədindən ölkə ərazisinə buraxılan vətəndaşlarla gö­rüş keçirilmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İl­ham Əliyevin rəhbərliyi altında koronavirus infeksiyasına qarşı mü­barizə çərçivəsində görülən işlər haqqında onlara geniş məlumat ve­ril­ib xahiş və müraciətləri dinlə­nilib.

Söhbət zamanı vətəndaşlar Azərbaycan Respublikasının və Ru­­­siya Federasiyasının dövlət sərhədlərindən gediş-gəlişin tam məh­­­­dudlaşdırıldığı bir zamanda onların Azərbaycana qayıda bilmə­ləri üçün yaradılmış şəraitə görə Azərbaycan Respublikasının Prezi­denti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Bi­rinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya öz dərin min­nətdarlıqlarını bildirib, bu halı dövlətin öz vətəndaşına göstərə bil­diyi diqqət və qayğının ali nümunəsi olmasını qeyd ediblər.

     

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İspaniya tərcümədə "dovşanlar məkanı" deməkdir

Redaktor seçimi

SON XƏBƏRLƏR