Slimfit
  1. DÜNYA

Rusiyadan bu ölkəyə tarixi jest

Rusiyadan bu ölkəyə tarixi jest
Sakura

Rusiyadan bu ölkəyə tarixi jest

Rusiyanın Sankt-Peterburq şəhərindəki Dövlət Ermitaj Muzeyi ən qədim monqol yazılı abidələrindən biri olan XIII əsrə aid Çingiz xan daş kitabəsinin bir surətini Monqolustana hədiyyə edib.

Kult.az xəbər verir ki, həmin tarixi abidə Ulan-Batorda açılacaq Çingiz xan Muzeyində qoyulacaq. Bu barədə Monqolustanın Baş Naziri Uxnaagiyn Xürelsüx tarixi abidənin təhvil verilməsi barədə Ermitajın baş direktoru Mixail Piotrovski ilə müvafiq sənədin imzalanması mərasimində bildirib.

Monqolustanın Baş Naziri qeyd edib ki, onun ölkəsində Çingiz xanın irsinin daha yaxşı öyrənilməsi üzrə tədbirlər həyata keçirilir. Belə ki, gələn il paytaxt Ulan-Batorda Çingiz xan Muzeyinin tikintisi başlanacaq. Uxnaagiyn Xürelsüx bu cür qiymətli tarixi abidəni hədiyyə etdiyi üçün Rusiya tərəfinə təşəkkürünü bildirib.

Çingiz xan daş kitabəsi 1224-1225-ci illərə aid edilən qranit lövhədir. Onun üzərində yazılıb: “Sartaul xalqını özünə tabe etdirən Çingiz xan bütün monqol ulusunun noyonlarını Buxa-Sucixay adlı yerdə toplayıb, Esuenxe yayı çəkərək 335 sajına ox atıb”. Daş kitabəni XIX əsrdə Cənubi Sibirdə tapıblar və 1936-cı ildə Ermitaja göndərilib. 2017-ci ildə Rusiyanın Qiymətli Metalların Elmi Restavrasiyası Laboratoriyasında abidənin skanlaşdırılması və modelləşdirilməsi aparılıb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı milyonçusu Musa Nağıyev öz dostları ilə. Qeyd edək ki, Azərbaycana ilk avtomobili məşhur xeyriyyəçi, mesenat Hacı Zeynalabdin Tağıyev, daha sonra isə Rotşildlər gətirmişdi.

Redaktor seçimi

SON XƏBƏRLƏR