Dərc edildi: Baxış sayı: 413
Rusiyanın Kalininqrad vilayətindən Azərbaycana balıq konservlərinin tədarükü dayandırılıb
Rusiyanın Kalininqrad vilayətindən Azərbaycana balıq konservlərinin tədarükü dayandırılıb.
Trend-in məlumatına görə, bu qərara ixracat zamanı qeydə alınan pozuntular səbəb olub.
Qeyd olunur ki, “MAPP Çernışevskoye” şirkətinin ümumi həcmi 360 kiloqram olan skumbriya konservlərində istehsalat tarixi baytarlıq şəhadətnaməsində göstərilməyib.
Tədarükün dayandırılması müddəti açıqlanmayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət