Slimfit
  1. DÜNYA

Rusiyadan ABŞ-a sərt xəbərdarlıq: Hazırlaşırıq və...

Rusiyadan ABŞ-a sərt xəbərdarlıq: Hazırlaşırıq və...
Sakura

Rusiyadan ABŞ-a sərt xəbərdarlıq: Hazırlaşırıq və...

“Rəsmi Moskva ABŞ-ın “Şimal axını 2” təbii qaz boru xətti layihəsinə tətbiq edəcəyi sanksiyalara eyni şəkildə cavab verəcək”.

Publika.az xəbər verir ki, bunu Rusiya prezidentinin müavini Dmitri Kozak deyib.

Rusiya hökumətinin ABŞ-ın sanksiyalarına qarşı tədbirlər planı hazırladığına diqqət çəkən Kozak boru xəttinin inşasının bütün maneələrə rəğmən, tamamlanacağını vurğulayıb.

Qeyd edək ki, daha əvvəl Energetika naziri Aleksandr Novak “Şimal axını 2”nin qalan 160 kilometrlik hissəsinin inşa ediləcəyini, digər hissəsinin isə “Qaprom”a aid “Akdemik Çerskiy” gəmisinin tamamlaya biləcəyini açıqlamışdı.

Xatırladaq ki, Vladimir Putin Almaniya kansleri Angela Merkellə ötən gün layihəyə dair telefonda müzakirələr aparıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq yazıçısı Mirzə İbrahimov görkəmli tarzən Qurban Pirimovun kürəkəni olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR