Slimfit
  1. DÜNYA

Rusiyada xarici mesencerlərdən istifadə edənlər cərimələnəcəklər

Rusiyada xarici mesencerlərdən istifadə edənlər cərimələnəcəklər
Sakura

Rusiyada xarici mesencerlərdən istifadə edənlər cərimələnəcəklər

Rusiyada dövlət xidmətləri göstərərkən şəxsi və maliyyə məlumatlarını xarici mesencerlər vasitəsilə göndərmək artıq 700 min rubla (təxminən 14 min manat) qədər cərimə ilə cəzalandırılacaq.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin imzaladığı müvafiq qanun hüquqi informasiyanın rəsmi portalında dərc olunub.

Martın 1-dən dövlət orqanlarına, dövlət şirkətlərinə və banklara dövlət xidmətləri göstərərkən və ya dövlət tapşırığını yerinə yetirərkən fərdi məlumat və maliyyə məlumatları xarici mesajlaşma xidmətləri vasitəsilə ötürülməsinə qadağa qüvvəyə minib. İndi isə yeni qanun bu tələblərə əməl edilməməsinə görə inzibati məsuliyyət müəyyən edir. Bir vəzifəli şəxs üçün cərimə 30 min rubldan 50 min rubla qədər, hüquqi şəxs üçün - 100 min rubldan 700 min rubla qədər olacaq.

Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bütün qəzaların 80%-i 65km/s sürətdə baş verir

Redaktor seçimi

SON XƏBƏRLƏR