Slimfit
  1. DÜNYA

Rusiyada uşaqların xaricə aparılması qaydalarına dəyişiklik edilib

Rusiyada uşaqların xaricə aparılması qaydalarına dəyişiklik edilib
Sakura

Rusiyada uşaqların xaricə aparılması qaydalarına dəyişiklik edilib

Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti iyunun 12-dən uşaqların xaricə aparılması qaydalarının dəyişdiyini bildirib.

AZƏRTAC xəbər verir ki, yetkinlik yaşına çatmamış Rusiya vətəndaşlarının ölkədən çıxmasına icazə verilməməsi haqqında ərizələrin təqdim olunması qaydası dəyişib. İndi bu barədə ərizə yetkinlik yaşına çatmamış vətəndaşın özünün, yaxud valideynlərindən birinin və ya himayədarının yaşadığı ərazi üzrə miqrasiya orqanına, eləcə də ərizəçinin daimi yaşadığı ölkədə Rusiya diplomatik nümayəndəliyinə və konsulluğuna təqdim edilməlidir.

Əvvəllər yetkinlik yaşına çatmamış Rusiya vətəndaşının ölkədən çıxarılmasına icazə verməyən valideyn sərhəd xidməti orqanlarına da müraciət edə bilərdi. Bu il təsdiq olunmuş yeni qaydalarda sərhəd xidməti orqanları siyahıdan çıxarılıb. Bununla əlaqədar, sərhəd xidməti orqanları yetkinlik yaşına çatmamış vətəndaşın ölkədən çıxarılmasına icazə verilməməsi haqqında ərizə qəbul etməyəcək.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xəzər dənizinin tarixən 100-dək adı olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR