Slimfit
  1. DÜNYA

Rusiyada sürücüsüz taksilərin sınaq yürüşü başlayır

Rusiyada sürücüsüz taksilərin sınaq yürüşü başlayır
Sakura

Rusiyanın “Yandex” şirkətinin həyata keçirdiyi sürücüsüz taksi xidməti layihə çərçivəsində sınaq yürüşlərinə…

Rusiyanın “Yandex” şirkətinin həyata keçirdiyi sürücüsüz taksi xidməti layihə çərçivəsində sınaq yürüşlərinə start veriləcək.

"Qafqazinfo” “Posta”ya istinadən xəbər verir ki, layihə Tatarıstanın azad iqtisad zonası olan İnnopolis şəhərində həyata keçiriləcək.

Məlumata görə, ilk mərhələdə iki taksi xidmət göstərəcək. Hər taksi isə maksimum 3 sərnişin götürəcək.

Sistemin daha sonra inkişaf etdirilməsi və avtomobil sayının çoxaldılması planlaşdırılır.

Xidmətin pulsuz olacağı bildirilir.

Qeyd edək ki, ilk dəfə sürücüsüz taksi xidməti 2016-cı ildə “NuTonomy” şirkəti tərəfində Sinqapurda istifadəyə verilib.

Tokioda isə bu həftə sınaq yürüşlərinə start verilib. Yaponlar 2020-ci il Yay Olimpiya Oyunlarından öncə bu xidməti istfadəyə verməyi planlaşdırır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlk kibrit qutularından biri

Redaktor seçimi

SON XƏBƏRLƏR