Dərc edildi: Baxış sayı: 599
Rusiyada sürücüsüz avtomobil sınaqdan keçirilir
Rusiyanın Nijniy Novqorod şəhərindəki “Qorkovski Avtomobil Zavodu”nda “QAZel Next” markalı avtomobilinin sürücüsüz modifikasiyasının sınaqları keçirilir.
“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə müəssisədən bildirilib.
Məlumata görə, bununla yanaşı, ADAS (Advanced Driver Assistance System) sürücüyə yardım sistemilə təchiz olunan avtomobil üzərində də işlər görülür.
QAZ-ın inkişafı strategiyası idarəetmənin təhlükəsizliyini və rahatlığını təmin edəcək bu cür avtomatik sistemlərin tətbiqini də nəzərdə tutur”, - müəssisədən qeyd ediblər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət