Slimfit
  1. SİYASƏT

Türkiyə ilə Azərbaycanın qarşılıqlı sərmayələrinin məbləği açıqlanıb

Türkiyə ilə Azərbaycanın qarşılıqlı sərmayələrinin məbləği açıqlanıb
Sakura

Türkiyə ilə Azərbaycanın qarşılıqlı sərmayələrinin məbləği açıqlanıb

Türkiyə şirkətləri tərəfindən Azərbaycana 16, Azərbaycandan Türkiyəyə isə 20 milyard ABŞ dolları sərmayə qoyulub.

Ens.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov yanvarın 18-də türkiyəli həmkarı Hakan Fidan ilə Bakıda keçirilən birgə mətbuat konfransında deyib.

XİN başçısı hazırda Azərbaycanda 4 mindən çox Türkiyə şirkətinin fəaliyyət göstərdiyini vurğulayıb.

“Hazırda yeni layihələr üzərində iş gedir. Azərbaycan qazının Türkiyə və Avropaya ixrac həcminin artırılması istiqamətində işlər gedir. Qazımızın ixrac coğrafiyasının növbəti illərdə genişlənəcəyini güman edirik”, - C.Bayramov əlavə edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan bütün həyatı boyu orta hesabla 100.000km qət edir

Redaktor seçimi

SON XƏBƏRLƏR