Dərc edildi: Baxış sayı: 535
Körpünü 2019-cu ildə tikməyə başlayacaqlar
Moskvada qeyri-adi körpü salınır. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiyanın paytaxtında şüşəli körpü salınacaq. Bu körpü Xovrino və Qərbi Dequninonu birləşdirəcək.
Moskvada salınacaq şüşəli körpünün 3D maketi
Bu körpünün ümumi uzunluğu 200 metr, hündürlüyü isə yeddi metr olacaq. Körpü üç çıxışdan ibarət olacaq. Onun Zelenogradskaya, Marşal Fedorenko və Xovrino-2 küçələrinə çıxışı olacaq. Körpüyə liftlər və qızdırıcısı olan pilləkənlər quraşdırılacaq. Bu da hava rejiminə körpünü uyğunlaşdıracaq. Körpünü 2019-cu ildə tikməyə başlayacaqlar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət