Dərc edildi: Baxış sayı: 243
Rusiyada prezidentlər seçkiləri başa çatıb
Rusiyada prezidentlər seçkilərində səsvermə başa çatıb.
APA-nın Moskva müxbiri xəbər verir ki, martın 15-dən başlayan və üç gün ərzində keçirilən səsvermə yerli vaxtla saat 20:00-da bitib.
İlk olaraq Rusiyanın uzaq şərq regionlarında, Kamçatka və Çukotkada seçki məntəqələri bağlanıb.
Ən son isə Rusiyanın Kalininqrad regionunda seçki məntəqələri bağlanıb.
Rusiya Mərkəzi Seçki Komissiyası məsafədən elektron səsvermədə seçici fəallığının 94 faizə çatdığını açıqlayıb.
Ənənəvi səsvermədə isə rekord qeydə alınıb. Belə ki, seçici fəallığı ölkə üzrə 73 faizdən çox olub.
Rusiya Xarici İşlər Nazirliyi ölkədən kənarda 249 min 806 nəfərin səsvermədə iştirak etdiyini açıqlayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət