Slimfit
  1. DÜNYA

Rusiyada nazirlikdən təklif: Pivə spirtli içki sayılmasın

Rusiyada nazirlikdən təklif: Pivə spirtli içki sayılmasın
Sakura

Rusiyada nazirlikdən təklif: Pivə spirtli içki sayılmasın

Rusiyanın Sənaye və Ticarət Nazirliyi pivənin alkoqol məhsulu hesab edilməməsi təklifi ilə çıxış edib.

RBK xəbər verir ki, sözügedən təklif nazirliyin 2019-2025-ci illər üçün nəzərdən tutulmuş ticarətin inkişaf strategiyası planında yer alıb.

Məqsəd pivəni hazırda bütün alkoqol məhsulları üçün tətbiq edilən məhdudiyyətlərdən azad etməkdir. Nazirlik strategiya layihəsini razılaşdırılması üçün müvafiq qurumlara göndərməyə hazırlaşır.

Qeyd edək ki, 2012-ci ildə pivə və tərkibində 0,5 faizdən çox spirt olan digər içkilər (kvas və kefir istisna olmaqla) alkoqol içkiləri ilə bərabər tutulub. Onu 2013-cü ildən kiçik dükanlarda satmaq olmaz. 2017-ci ildə isə pivələrin 1,5 litrlik plastik butulkalarda satışına qadağa qoyulub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xəzər dənizinin tarixən 100-dək adı olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR