Dərc edildi: Baxış sayı: 419
Rusiyada koronavirus peyvəndinin klinik sınaqları: Könüllülər təcrid edildi
Rusiyada COVID-19-a qarşı peyvəndin klinik sınaqlarına hazırlıq çərçivəsində könüllülərin 14 günlük təcrid rejiminə start verilib.
Bu barədə “RİA Novosti” Rusiyanın Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Peyvəndin sınaqları üçün iki qrup könüllü seçilib. İlk qrupa hərbçilər, ikinci qrupa isə mülki vətəndaşlar daxil olub.
Müdafiə Nazirliyindən bildirilib ki, 50 könüllü hərbçi təcrid edilib. Həmçinin, mülki vətəndaşlardan seçilən könüllülər də xüsusi hospitalda yerləşdiriliblər.
Mənbə: Oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət