Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Rusiyada koronavirus keçirmiş ilk adamdan məsləhət: yoluxmamaq üçün bunları edin

Rusiyada koronavirus keçirmiş ilk adamdan məsləhət: yoluxmamaq üçün bunları edin
Sakura

Rusiyada koronavirus keçirmiş ilk adam xəstələnməmək üçün nələr etmək lazım olduğunu izah edib

O öz tövsiyələrini həyat yoldaşı vasitəsilə çatdırıb

Rusiyada koronavirus infeksiyasına yoluxan ilk şəxs kimi qeydə alınmış Çin vətəndaşı Van Yunbinin həyat yoldaşı, ailəsinin pandemiya zamanı əməl etdiyi profilaktika tədbirləri və infeksiyadan necə qorunmaq barədə danışıb.

Onun sözlərinə görə, ilk növbədə sağlamlığınıza diqqət yetirməlisiniz və izdihamlı ictimai yerlərdən uzaq durmalısınız.

"Əsas odur ki, bütün profilaktik tədbirlərə əməl edin və əgər yaxın adamlarda - qohum, yaxud dostlardan hansındasa xəstəlik əlamətləri meydana gələrsə, panikaya düşməməyin və psixoloji cəhətdən onları dəstəkləyin", deyib.

Hər şeyə rəğmən, özünü müsbət əhval-ruhiyyəyə kökləmək, ruhdan əsla düşməmək, xəstəliyə yoluxma zamanı sağalmaq üçün həlledici amildir.

O, ərinin tövsiyə etdiyi "qızıl qaydalar" dan da danışıb: yaxşı istirahət edin (bu, onun fikrincə ən vacibdir), maskalar geyin, otaqları tez- tez havalandırın, siqaret çəkməyin və spirtli içki içməyin.

Ens.az saytı bildirir ki, Çin vətəndaşı Van Yunbin Rusiyada koronavirusdan əziyyət çəkənlər arasında ilk olub. O, Çita şəhərindəki regional yoluxucu xəstəliklər xəstəxanasında müalicə olunub və fevralın 12-də sağalaraq xəstəxanadan buraxılıb.

Son məlumatlara görə, Rusiyada koronavirus xəstələrinin sayı 114 nəfərə qədər artıb.

Mənbə: life.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Mola Pənah Vaqif və Molla Vəli Vidadi quda olmuşlar. Belə ki, Vidadinin iki oğlu Vaqifin iki qızı ilə ailə qurub.

Redaktor seçimi

SON XƏBƏRLƏR