Dərc edildi: Baxış sayı: 458
Rusiyada işləyən Azərbaycan vətəndaşlarına pensiya veriləcək - Rəsmi
Bu ilin sonunadək “Azərbaycan və Rusiya arasında pensiya təminatı sahəsində Müqavilə” layihəsi ilə bağlı müzakirələrin yekunlaşması və imzalanması prosesinin reallaşması planlaşdırılır.
Publika.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.
O bildirib ki, 2020-ci ildə artıq yeni müqavilə qüvvəyə minə bilər: “Layihənin məqsədi Rusiyada əmək miqrantları kimi fəaliyyət göstərən Azərbaycan vətəndaşlarının gələcəkdə pensiya və sosial sığortalanma üzrə hüquqlarının təmin olunması üçün hüquqi əsasların yaradılmasıdır”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət