Slimfit
  1. KOSMOS

Rusiyada ilk özəl kosmodrom tikiləcək

Rusiyada ilk özəl kosmodrom tikiləcək
Sakura

Rusiyada ilk özəl kosmodrom tikiləcək

Nijeqorod vilayəti və “Kosmokurs” kompaniyası Rusiyada ilk özəl kosmodromun tikintisi barədə müqavilə imzalayıb.

AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, bu barədə region hökumətinin mətbuat xidməti məlumat yayıb. Həmin kosmodromdan suborbital turist raketlərinin fəzaya buraxılacağı planlaşdırılır. Uçuşlar təxminən 15 dəqiqə davam edəcək. Turistlər həmin vaxtın demək olar ki, 30 faizini çəkisizlik şəraitində keçirəcək. Biletin qiymətinin 200-250 min dollar olacağı gözlənilir.

“Kosmokurs” kosmik fəaliyyət üçün artıq “Roskosmos”dan lisenziya alıb. Kompaniya 200 kilometr hündürlüyə uçuş həyata keçirmək üçün birpilləli geri qayıdan raketdən və 7 yerlik kosmik gəmidən istifadə edəcək. İlk kosmik səyahətin 2025-ci ildə baş tutacağı gözlənilir. Layihəyə 2,6 milyard rubl həcminə şəxsi investisiya qoyulacağı, raketin yanacağının ekoloji təmiz komponentlərdən ibarət olacağı bildirilir.

Hazırda kompleksin inşası üçün torpaq sahəsi seçilir. Kosmodromun tikiləcəyi yer kimi Tatarıstan variantı da nəzərdən keçirilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Payız meşəsinin mozaikası

Redaktor seçimi

SON XƏBƏRLƏR