Slimfit
  1. AZƏRBAYCAN

Rusiyada həmyerlimiz erməni səfiri susdurdu

Rusiyada həmyerlimiz erməni səfiri susdurdu
Sakura

Rusiyada həmyerlimiz erməni səfiri susdurdu

Erməni diplomatlar Rusiyanın Pyatiqorsk şəhərində keçirilən “Maşuk-2019” beynəlxalq gənclər forumunda Azərbaycan nümayəndə heyətinə qarşı provokasiyaya əl atıblar.

Bu barədə məlumatı Axar.az-a forumdakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Sabir Rüstəmov verib. O, forumun açılışının 9 avqustda baş tutduğunu və növbəti gün forum iştirakçılarının Rusiyanın ekologiya və təbii sərvətlər naziri ilə görüşü olduğunu bildirib.

Rüstəmov görüşdə müxtəlif ekoloji problemlərin müzakirə edildiyini və onun nazirə Xəzər dənizindəki problemlərlə bağlı sual (məhz bu sual sonradan ən yaxşılardan biri seçilir və həmsöhbətimiz bunun qarşılığında mükafat alır) verdiyini deyib.

Tədbirdə Azərbaycana qarşı təxribata yol verildiyini deyən Rüstəmov bunun da müəllifinin erməni səfir olduğunu bildirib:

“Forumun proqramına əsasən, növbəti gün məşhur idmançılar, eləcə də digər qonaqlarla, o cümlədən Ermənistanın Rusiyadakı səfiri Toqanyan Vardan Surenoviçlə görüşün keçirilməsi nəzərdə tutulurdu. Əlbəttə ki, mən forumda iştirak haqqımdan istifadə edib, hər bir azərbaycanlını narahat edən sualı vermək istəyirdim. Bizim hər birimizdə azərbaycanlı qanı axır, demək ki, bizim hər birimiz üçün hazırda yalnız “Qarabağ nə zaman Ermənistan işğalından azad ediləcək” sualı aktualdır. Pyatiqorska gənclərlə görüşə gələn Ermənistan səfiri forum iştirakçıları ilə tamamilə provokativ diskussiya aparmağa başladı. Onun əsas məqsədi forumun bütün iştirakçılarına guya Qarabağın əzəli erməni torpağı olması, azərbaycanlıların heç vaxt Qarabağda yaşamamasını çatdırmaqdan ibarət idi. Mən erməni səfirin provokativ çıxışını kəsib, ona bir neçə sual vermək istəyəndə, məni yalnız köynəyimdə iri “Azərbaycan” yazısı olduğuna görə mikrofona buraxmadılar. O zaman Azərbaycan tərəfinin iştirakçılarından biri məni dəstəklədi və mən ondan sual verməyini istədim. O dedi ki, onun əcdadları qədimdən bu yana Qarabağda yaşayıblar və səfirin dedikləri həqiqəti əks etdirmir, çünki o, azərbaycanlıların hər zaman Qarabağda yaşadığına dair canlı nümunədir. O, həmçinin qeyd etdi ki, onun bütün ailəsi öz torpaqlarından qovulub”.

S.Rüstəmov səfirin təxribatlarının bununla yekunlaşmadığını deyib:

“Bundan sonra səfir bizi daha çox təxribata çəkməyə çalışdı və Azərbaycanın heç vaxt kompromisə getmədiyini və guya məhz bizim aqressor olduğumuzu deməyə başladı. Təbii ki, mənim əsəblərim xalqıma qarşı bu cür davranışa tab gətirmədi. Mən mikrofonsuz qışqırmağa və bütün iştirakçılara səfirin yalan dediyini söyləməyə başladım. Mən bütün səsimlə qışqırdım ki, Ermənistan 25 ildən çoxdur ki, Azərbaycanın 20% torpağını – Dağlıq Qarabağ və ətrafındakı 7 rayonu işğal altında saxlayır. Hər kəs mənə baxdı. Nəticədə səfir özünün təxribatçı nitqini dayandırmaq məcburiyyətində qaldı. Məni artıq dayandırmaq mümkün deyildi. Mən qışqırırdım ki, “Qarabağ Azərbaycanın tarixi torpağıdır”, “Erməni aqressiyası nəticəsində Azərbaycanın beynəlxalq aləm tərəfindən tanınan torpaqlarının 20%-i işğal altındadır”, “Bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün var”, “Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparıb”. Forum iştirakçıları məni alqışlamağa başladılar ki, bu da Ermənistan nümayəndə heyətini özündən çıxartdı. Erməni qadın diplomatlar üzərimə atılmağa, “Azərbaycan” yazısı olan köynəyi cırmağa başladılar. Onlar məni təxribata çəkmək istəyirdilər ki, əl qaldırım. Mən həmin an müdafiə olunmadan dayanırdım və az sonra təşkilatçılar onları tədbirdən uzaqlaşdırdılar”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Min bir gecə" baletinin (şəkildə) musiqisi Fikrət Əmirov, librettosu isə "Min bir gecə" nağılları əsasında Maqsud və Rüstəm İbrahimbəyovlar tərəfindən yazılmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR