Dərc edildi: Baxış sayı: 654
Rusiyada çörək bahalaşıb
Bu ilin ilk yeddi ayında Rusiya mağazalarında çörəyin qiyməti 2018-ci ilin eyni dövrü ilə müqayisədə 7,7 faiz artıb.
AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, bir il əvvəl bu göstərici 2,3 faiz təşkil edirdi.
Çovdar və çovdar-buğda unundan hazırlanan qara çörək daha çox bahalaşıb: ötən ilin iyununa nisbətən 9,6 faiz. İyun ayında bu çörəyin bir kiloqramının orta qiyməti 50,54 rubl olub. Ağ (yüksək növ buğda unundan) çörək 8,3 faiz, boz çörək isə 7,4 faiz bahalaşıb.
Qiymət artımı məhsulun az olması səbəbindən dənin bahalaşması və yanacaq-sürtkü materiallarının tariflərinin yüksəlməsi ilə izah edilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət