Slimfit
  1. DÜNYA

Rusiyada casus dronları ələ keçirən pilotsuz uçan aparat yaradılıb

Rusiyada casus dronları ələ keçirən pilotsuz uçan aparat yaradılıb
Sakura

Rusiyada casus dronları ələ keçirən pilotsuz uçan aparat yaradılıb

Rusiyanın Tomsk Dövlət Universiteti casus dronların ələ keçirilməsi üçün pilotsuz uçan aparat hazırlayıb.  
 
"ICTnews" Elektron Xəbər Xidməti "4PDA" resursuna istinadən yazır ki, yeni pilotsuz uçan aparat strateji əhəmiyyətli obyektlərin, o cümlədən avtonom və maşınqayırma sənayesi müəssisələrinin ərazisində sənaye casusluğunun qarşısının alınması məqsədilə yaradılıb. Perspektivdə aparat polis praktikasında da tətbiq edilə bilər.
 
Model avtonom işləməsi ilə seçilir: dron qadağan olunmuş əraziyə daxil olan aparatın idarəetmə kanallarını bloklaya və ya onu şəbəkə vasitəsilə ələ keçirərək bazaya apara bilir. Casus aparatın çəkisi 10 kiloqramdan çox olduğu halda yeni dron onu paraşütlə yerə düşürür. Sonrakı daşınma isə yerüstü platforma tərəfindən həyata keçirilir.
 
Universitetin informasiya texnologiyaları fakültəsinin dekanı Stanislav Şidlovskinin sözlərinə görə, pilotsuz uçan aparat yaradılarkən konstruktorlar çətin vəzifənin öhdəsindən gəlməli olublar: az yük qaldırma qabiliyyətinə malik aparatın korpusuna ələ keçirmə qurğusu, informasiya emalı üçün hesablama modulları və enerji sensor və elementləri yerləşdirilib. Layihə mühəndislər tərəfindən pilotsuz uçan aparatın çəkisini azaltmağa imkan verən xüsusi alqoritmik həll vasitəsilə həyata keçirilib.
 
Yeni pilotsuz uçan aparatın kommersiya istehsalına başlama müddəti və qiyməti barədə məlumat verilmir.
 
Nizam Nuriyev

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşada Molla Pənah Vaqifin ağacdan oyma heykəli -1985-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR