Slimfit
  1. DÜNYA

Rusiyada bir gündə 1 000-ə yaxın insan koronavirusa yoluxdu

Rusiyada bir gündə 1 000-ə yaxın insan koronavirusa yoluxdu
Sakura

Rusiyada bir gündə 1 000-ə yaxın insan koronavirusa yoluxdu

Rusiyada koronavirusa yoluxma və ölüm halları artıb.

Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.

Məlumata görə, son sutka 954 nəfərdə koronavirus infeksiyası aşkarlanıb. Yeni yoluxmalar Rusiyanın 49 bölgəsində qeydə alınıb. Beləliklə, ölkədə yoluxanları 6 343 nəfərə çatıb.

Bildirilir ki, virus qurbanlarının sayı da 2 nəfər artaraq 47-yə yüksəlib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 208 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 274 000-i ötüb. Bunların 264 838 nəfəri sağalıb, 69 480 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qaçaq Nəbinin çəkilmiş yeganə şəkli, 1895-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR