Slimfit
  1. AZƏRBAYCAN

Rusiyada azərbaycanlılarla ermənilərin kef məclisi və Qarabağ söhbəti...

Rusiyada azərbaycanlılarla ermənilərin kef məclisi və Qarabağ söhbəti...
Sakura

Rusiyada azərbaycanlılarla ermənilərin kef məclisi və Qarabağ söhbəti...

Beynəlxalq münaqişələr və təhlükəsizlik üzrə mütəxəssis, rusiyalı politoloq Yevgeni Mixaylov azərbaycanlılar və ermənilərin Qarabağ münaqişəsini istəmədiyini, bunun canlı şahidi olduğu haqqında maraqlı açıqlamalar verib

Publika.az xəbər verir ki, Y. Mixaylov azərbaycanlılarla ermənilərin uzun müddət bir yerdə yaşadığını, bu gün də xaricdə mehriban münasibətlər saxladığını deyib.


O, Sankt-Peterburqda Tofiq adlı azərbaycanlı ilə erməninin içki masasında canlı şahidi olduğu söhbətini qələmə alıb.

Mən Sankt-Peterburqda restoranların birində şam edirdim və sağ tərəfdən tipik aksent səsləri eşitdim. Özümdən asılı olmayaraq, qulaq asmağa başladım. Anladım ki, masa ətrafında əyləşənlər azərbaycanlılarla ermənilərdir. Onlar öz biznesləri haqqında danışırdı və söhbət tədricən Qarabağın üzərinə gəldi. Maraqlıdır ki, həmsöhbətlər bütün müzakirə vaxtı bu münaqişənin heç kimə lazım olmadığı fikrini tez-tez təkrarlayırdılar. Onlar sülh içində yaşamağı arzuladıqlarını qeyd etdilər və bunun üçün tost də dedilər.

Tofiq adlanan azərbaycanlı 1992-ci ildə Ağdam istiqamətində vuruşduğunu danışırdı və müharibədə ad çıxarmış İbad Hüseynovdan bəhs etdi.

“O və dəstəsi Ağdam istiqamətində qabaqda irəliləyirdi, biz də onların arxasınca. İbad və dəstəsi bir neçə erməni postunu darmadağın edərək, Xramort kəndinə girdi. Kənddəki erməni döyüşçülər dağlara qaçdı. Xatırlayıram, kəndi mərkəzində məktəb var idi. İbad qapını açaraq ora girdi və içəridən qışqırıqlar eşidildi. Məlum oldu ki, məktəbdəkilər erməni qadın və uşaqlardır. İbad onlara izah etdi ki, onlar qorxmasınlar, biz silahsız insanlara, qadınlara və uşaqlara toxunmuruq. “Biz yalnız əsgərlər və terrorçularla döyüşürük”, - deyə İbad bildirdi. Sonra öz dəstəsinə kəndi tərk etməyi əmr etdi”, - deyə azərbaycanlı danışır.

Qısa fasilədən sonra erməni danışmağa başladı və İbad Hüseynov haqqında ilk dəfə öz dayısından eşitdiyini bildirdi. Dayısının dediklərinə görə, İbad heç vaxt silahsızlara toxunmurmuş. Hətta onun cəbhə xəttindəki qadın və uşaqlara güllə atmadığı haqqında danışırdılar.

Sonra hər kəs “yaxşı oğlanların sağlığına” içdi və xoşagəlməz mövzuları bağlamağa qərara gəldilər.

Lakin mən öz yeməyimi bitirə bilmədim. O haqda düşünürdüm ki, bu iki xalq münaqişəyə tam 30 il sərf edib. Hərçənd, bu onlara lazım deyildi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşada Molla Pənah Vaqifin ağacdan oyma heykəli -1985-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR