Dərc edildi: Baxış sayı: 221
Rusiyada “An-2” təyyarəsi radarlardan itib
Rusiyanın Çukotka Muxtar Dairəsində göyərtəsində iki ekipaj üzvünün və bir sərnişinin olduğu “An-2” təyyarəsi radarlardan itib.
Ens.az-ın məlumatına əsasən,bu barədə “Report” Rusiya KİV-ə istinadən xəbər verir.
Belə ki, noyabrın 10-da səhər saatlarında Maqadan Regional Planlaşdırma Mərkəzinin növbətçisindən məlumat daxil olub ki, saat 01:40-da (Moskva vaxtı ilə) “An-2” təyyarəsi havaya qalxıb və eniş zamanı əlaqə yaratmayıb.
Qeyd edilib ki, hazırda “An-2”nin son koordinatları məlumdur, lakin hələ onu aşkar etmək və ya onunla əlaqə yaratmaq mümkün olmayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət