Slimfit
  1. DÜNYA

Rusiya XİN: Qərb mediasına “Crocus”da törədilən terror aktında ölənlərin sayının açıqlanmaması tapşırılıb

Rusiya XİN: Qərb mediasına “Crocus”da törədilən terror aktında ölənlərin sayının açıqlanmaması tapşırılıb
Sakura

Rusiya XİN: Qərb mediasına “Crocus”da törədilən terror aktında ölənlərin sayının açıqlanmaması tapşırılıb

Qərb mediasına “Crocus City Hall”da törədilən terror aktında ölənlərin sayının açıqlanmaması tapşırılıb.

Ens.az Report.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, buna səbəb terror aktının real təşkilatçılarını gizlətməkdir.

Həmçinin, vurğulanıb ki, sözügedən hadisənin miqyası Qərb KİV-ində bilərəkdən kiçildilir.

Xatırladaq ki, martın 22-də Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Crocus City Hall” konsert zalında yerli “Piknik” rok qrupunun səhnəyə çıxışı ərəfəsində terror aktı törədilib. Atəş açaraq binaya daxil olan silahlı şəxslər məkanı yandırdıqdan sonra hadisə yerindən qaçıblar.

Son məlumata görə, həmin terror aktı nəticəsində azı 144 nəfər həlak olub, 551 nəfər isə yaralanıb. Eyni zamanda, 95 nəfər itkin düşmüş və ya "hesaba qatılmamış" sayılır. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev daha əvvəl terror aktının sponsoru kimi Fransa Prezidenti Emmanuel Makronu göstərib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Uşaqların ağlaması dünyada ən qıcıqlandırıcı səsdir

Redaktor seçimi

SON XƏBƏRLƏR