Slimfit
  1. DÜNYA

Rusiya XİN hazırladığı hesabatda Ermənistanda nasist meylləri vurğulayıb

Rusiya XİN hazırladığı hesabatda Ermənistanda nasist meylləri vurğulayıb
Sakura

Rusiya XİN hazırladığı hesabatda Ermənistanda nasist meylləri vurğulayıb

Ermənistanın keçmiş hakim Respublika Partiyası Üçüncü Reyxlə əməkdaşlıq etdiyi barədə məlumatların olduğu Qaragin Njdenin xatirəsinin əbədiləşdirilməsi üçün addımlar atıb.

ONA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin "Nasizmin qəhrəmanlaşdırılması, irqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və onunla bağlı olan dözümsüzlüyün təşviqinə xidmət edən neonasizm və onun digər növlərinə qarşı mübarizə” adlı məruzəsinin Ermənistana aid olan hissəsində qeyd olunub.

Bildirilib ki, Ermənistanın siyasi təşkilatları arasında milliyyətçi təşkilat kimi  2018-ci ilin payızında siyasi partiya kimi qeydiyyata alınan "Sasna Tsrer"i göstərmək olar: "Sasna Tsrer"in ideologiyasının əsasında "1921-ci ildə imzalanan cinayətkar rus-türk müqaviləsi" nəticəsində doğulan Ermənistan Respublikasından imtina və "yeni dövlətin yaradılması" uğrunda mübarizə dayanır. Partiyanın məqsədi Dağlıq Qarabağ da daxil olmaqla, "yeni Ermənistanın yaradılması" və eləcə də ümumxalq referendumu keçirməklə vətəndən kənarda yaşayan ermənilərin birləşdirilməsidir. Partiyanın proqramında əsasən diqqət guya Rusiya müstəmləkəçiliyi tərəfindən pozulan hüquqların bərpasına, habelə Naxçıvan və Qərbi Arpaçaydan qərbə doğru ərazinin ermənilərə qaytarılmasına yetirilir”.

Həmçinin hesabatda qeyd olunur ki, Ermənistanda mütəmadi olaraq İran və Hindistandan gələnlərə qarşı ədavət xarakterli rəftar müşahidə olunur.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1959-cu ildə çəkilmiş Ayın əks tərəfinin ilk görüntüsü. Şəkil "Luna-3" sovet kosmik aparatı ilə çəkilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR