Dərc edildi: Baxış sayı: 329
Rusiya XİN: "Ermənistan və Azərbaycanı danışıqları bərpa etməyə çağırırıq"
Rusiya Xarici İşlər Nazirliyi (XİN) Ermənistan və Azərbaycanı münasibətlərin normallaşmasına dair danışıqları bərpa etməyə çağırıb.
"Report"un Rusiya bürosunun məlumatına görə, bu barədə Rusiya XİN sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə bildirib.
Onun sözlərinə görə, sülh prosesinə alternativ yoxdur.
M.Zaxarova Bakı ilə İrəvanı nəqliyyat kommunikasiyalarının açılması, sərhədlərin delimitasiyası və s. kimi məsələlər daxil olmaqla, bütün istiqamətlər üzrə danışıqlar aparmağa çağırıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət