Slimfit
  1. SİYASƏT

Rusiya XİN Ermənistan-Azərbaycan münaqişəsi barədə: "Hər şey danışıqlar masasında qalmalıdır"

Rusiya XİN Ermənistan-Azərbaycan münaqişəsi barədə: "Hər şey danışıqlar masasında qalmalıdır"
Sakura

Rusiya XİN Ermənistan-Azərbaycan münaqişəsi barədə: "Hər şey danışıqlar masasında qalmalıdır"

“Rusiya o mövqedən çıxış edir ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair beynəlxalq ictimaiyyət tərəfindən ATƏT-in Minsk qrupu çərçivəsində daha əvvəl işlənib hazırlanan hər şey danışıqlar masasında qalmalıdır”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirinin müavini Aleksandr Qruşko TASS agentliyinin baş direktorunun müavini Mixail Qusmana müsahibəsində deyib.

Nazir müavini bildirib ki, hazırkı böhran, ilk növbədə Rusiya Federasiyasının Dağlıq Qarabağ münaqişəsinin nizamlanması perspektivlərini yaxınlaşdırmaq üçün titanik səyləri nəticəsində əldə olunan irəliləyişin geri çevrilməsinə səbəb olmamalıdır.

"Bu münaqişənin həlli, bütövlükdə bölgədəki vəziyyəti, o cümlədən bütün tərəfdaşlar arasında ikitərəfli münasibətləri yaxşılaşdıracaq. Hər kəsi, xüsusən də Minsk Qrupu ölkələrini bu cür mövqedən çıxış etməyə çağırırıq", - deyə rusiyalı diplomat qeyd edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sahildə maraqlı tavanı olan kafe

Redaktor seçimi

SON XƏBƏRLƏR