Slimfit
  1. DÜNYA

Rusiya XİN başçısı Cozep Borrellə görüşəcək

Rusiya XİN başçısı Cozep Borrellə görüşəcək
Sakura

Rusiya XİN başçısı Cozep Borrellə görüşəcək

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Almaniya, Çin və Yaponiyadan olan həmkarları ilə görüşəcək.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, Rusiya XİN başçısı Avropa İttifaqının (Aİ) Xarici Siyasət və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Cozep Borrell ilə də görüşəcək.

Görüşlər Münhen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutacaq.

Qeyd edək ki, fevralın 14-də öz işinə başlayacaq Münhen Təhlükəsizlik Konfransında təxminən 40 ölkənin dövlət və hökumət başçısı, 60-a yaxın xarici işlər naziri və 40-a yaxın müdafiə nazirinin iştirakı gözlənilir.

Konfrans fevralın 16-da başa çatacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1921-ci ilin avqust ayında İraqın ilk Kralı I Feysəlin taxta çıxma mərasimi. Ətrafında iraqlılar yox, ingilislər var ...

Redaktor seçimi

SON XƏBƏRLƏR