Rusiya XİN: Azərbaycan və Ermənistan arasında əsirlərin dəyişdirilməsi ilə bağlı danışıqlar aparılır
“Əsir və girovların dəyişdirilməsi həmişə olduğu kimi, indi də gündəmdədir”.
“Report”un Rusiya bürosu xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova dekabrın 18-də keçirdiyi brifinqdə deyib.
“Azərbaycan, Rusiya və Ermənistan xariçi işlər nazirlərinin bu ilin aprel ayında Moskvada keçirilmiş görüşündə bu məsələ müzakirə olunub. Qeyd edim ki, bu cür aksiyaları əsir və girovluqda olanların vəziyyətlərinin yaxşılaşdırılması baxımından ilk addım kimi qiymətləndiririk. Həm də digər əsirlərin dəyişdirilməsi istiqamətində də danışıqlar aparılır. Əgər razılıq əldə olunarsa, biz bunu dəstəkləyəcəyik”, - M.Zaxarova vurğulayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət