Slimfit
  1. DÜNYA

Rusiya XİN Avstriya səfirinə etiraz notası verdi

Rusiya XİN Avstriya səfirinə etiraz notası verdi
Sakura

Rusiya XİN Avstriya səfirinə etiraz notası verdi

Avstriyanın Moskvadakı səfiri Verner Almhofer Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb və ona Rusiya səfirliyinin iki əməkdaşının Avstriyadan çıxarılması ilə əlaqədar etiraz notası verilib.

Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

“Aprelin 11-də Avstriyanın Moskvadakı səfiri Verner Almhofer Xarici İşlər Nazirliyinə çağırılıb və Rusiyanın Avstriyadakı səfirliyinin iki əməkdaşının əsassız olaraq “persona non-qrata” elan edilməsi ilə bağlı ona sərt etiraz edilib”, - deyə məlumatda bildirilib.

Səfirin diqqətinə çatdırılıb ki, bu qeyri-dost addım Avstriya tərəfinin təşəbbüsü ilə böhran vəziyyətində olan ikitərəfli münasibətləri daha da gərginləşdirir və özünü neytral dövlət, beynəlxalq diplomatiya platforması kimi təqdim edən Avstriyanın nüfuzuna ciddi ziyan vurur.

Almhoferə etiraz notası təqdim olunub və bildirilib ki, cavab tədbiri olaraq Avstriyanın Moskvadakı səfirliyinin əməkdaşına “persona non qrata” stutusu veriləcək və o, aprelin 18-dək Rusiyanı tərk etməli olacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Naməlum yol - Nepal, Lantanq milli parkı, Aprel 2015. Fotoqraf - Dmitri Kupraçeviç

Redaktor seçimi

SON XƏBƏRLƏR