Slimfit
  1. DÜNYA

Rusiya və Türkiyə prezidentlərinin görüşü başladı

Rusiya və Türkiyə prezidentlərinin görüşü başladı
Sakura

Rusiya və Türkiyə prezidentlərinin görüşü başladı

"İdlibdə vəziyyət elə ağırlaşdığından bizim birbaşa müdaxilə etməyimizə ehtiyac yaranıb".

"Report" "Hürriyete" istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdə bildirib.

“Son günlərdə İdlibdə bir sıra hadisələr baş verdi. Suriyada həyatını itirən hərbçilərinizə görə başsağlığı verirəm. Telefon danışığımızda ifadə etdiyim kimi heç kim orada Türkiyə hərbçisinin olduğunu bilmirdi. Suriya hərbçiləri arasında da itki olub. Bu hadisələri təkrarlanmaması və hər ikimizin də əhəmiyyət verdiyimiz əlaqələrə zərər verməmək üçün görüşməyimizə ehtiyac var. Bu məsələləri təkbətək müzakirəyə başlayaq. Daha sonra zalda olanlar da qoşula bilər”, - deyə Vladimir Putin bildirib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cavab nitqində deyib: "Məlum bu görüşü Türkiyədə keçirəcəkdik. Sizin konstitusiya ilə bağlı fəaliyətinizə görə görüşü burada gerçəkləşdiririk. İdliblə bağlı müzakirələr səbəbi ilə bir araya gəlməyimizin əhəmiyyəti böyükdür. Bölgədə sıxıntı böyüyür. Bu gün burada atacağımız addım, qəbul edəcəyimiz qərarlar, bölgəni də, ölkələrimizi də rahat edəcək. Türkiyə-Rusiya əlaqələrinin gərgin dönəmini yaşayırıq. İstər müdafiə sənayesi, istərsə də ticarət əlaqələrimizdə çox fərqli bir dövrü yaşayırıq”.


15:13

Moskvada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında görüş başlayıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, görüş təkbətək formatda keçirilir.

Qeyd edək ki, son zamanlar Türkiyə və Rusiya arasında üç mərhələdə keçirilən danışıqlar uğursuz olub.

Xatırladaq ki, martın 5-də dövlət başçıları Suriyadakı vəziyyəti müzakirə ediblər. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bütün qəzaların 80%-i 65km/s sürətdə baş verir

Redaktor seçimi

SON XƏBƏRLƏR