Rusiya və İtaliya XİN başçıları Liviyadakı vəziyyəti müzakirə ediblər
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov və İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq naziri Luici di Mayo arasında telefon danışığı olub.
APA-nın Rusiya XİN-in mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, nazirlər arasında telefon söhbəti İtaliya tərəfinin təşəbbüsü əsasında baş tutub.
Tərəflər Rusiya və İtaliya arasında münasibətlər, beynəlxalq gündəmdə olan məsələlər, xüsusilə də Liviyadakı vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.
Nazirlər Liviyada sülh prosesi ilə bağlı səylərin davam etdirilməsinin vacibliyinə toxunaraq bu prosesdə BMT-nin mərkəz rolunu saxlamaqla, Rusiya və İtaliyanın bu istiqamətdə səylərinin maksimum koordinasiya edilməsini vurğulayıblar.
Rəsmilər qonşu ölkələrin və regiondakı digər ölkələrin maraqlarını nəzərə alaraq Liviyada tərəflər arasında dialoqun təbliğinə xüsusi diqqətin ayrılması barədə razılaşıblar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət