Dərc edildi: Baxış sayı: 455
Rusiya və ABŞ prezidentləri noyabrda görüşə bilər
Rusiya prezidenti Vladimir Putin və Amerika lideri Donald Tramp bu il Paris və Buenos-Ayresdə görüşə bilər.
“Report” "Bloomberg"ə istinadən xəbər verir ki, bunu Amerikanın yüksəkvəzifəli məmuru deyib.
Söhbət Fransada I Dünya müharibəsinin başa çatmasının yüz illiyi ilə bağlı keçiriləcək tədbirlərdən gedir. Bundan əlavə, iki ölkə liderinin noyabrın 30-da Buenos-Ayresdə başlayacaq G20 sammiti çərçivəsində görüşü mümkündür.
Bundan əvvəl Vladimir Putin Donald Trampın Rusiya ilə münasibətləri sabitləşdirmək istədiyini bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət