Dərc edildi: Baxış sayı: 464
Rusiya və AB barışa bilər – Moskvadan mesaj
Yaxın illərdə Moskva və Brüssel arasında “yeni başlanğıc” yaşana bilər.
Axar.az xəbər verir ki, bunu Rusiyanın Avropa Birliyindəki Daimi Nümayəndəliyinin rəhbəri Vladimir Çijov deyib.
“Hazırda Rusiya-AB münasibətlərini normal adlandırmaq olmaz. Bu münasibətləri antirusiya sanksiyaları zəhərləyir”, – deyə o bildirib.
Çijov Rusiya və AB-nin əvvəlki kimi bir-birindən asılı olduğunu söyləyib:
“Rusiya və Avropa bir-birindən kənar yaşaya və inkişaf edə bilməz. Moskva və Brüssel arasında yarı dondurulmuş qarşılıqlı fəaliyyət bəsit siyasətdir”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət