Slimfit
  1. İDMAN

Rusiya Ukrayna Futbol Federasiyasının prezidenti və "Vorskla"nın fəxri prezidentinə sanksiya tətbiq edib

Rusiya Ukrayna Futbol Federasiyasının prezidenti və "Vorskla"nın fəxri prezidentinə sanksiya tətbiq edib
Sakura

Rusiya Ukrayna Futbol Federasiyasının prezidenti və "Vorskla"nın fəxri prezidentinə sanksiya tətbiq…

 Rusiya hökuməti Ukrayna Futbol Federasiyasının (UFF) prezidenti Andrey Pavelkoya qarşı sanksiya tətbiq edib.

Report” xəbər verir ki, Ukrayna Ali Radasının deputatı da olan milli assosiasiya rəhbərinin adı Rusiyanın baş naziri Dimitri Medvedevin bu ölkənin 322 fiziki və 68 hüquqi şəxsinə qarşı yönələn tədbirlər barədə imzaladığı qərarda yer alıb.

Ümumilikdə “qara siyahı”ya Ukrayna futbol sektorunda rəhbər postlar tutan 8 nəfər düşüb. A.Pavelko ilə yanaşı, UFF-nin 3 vitse-prezidenti Aleksandr Qereqa, Konstantin Yeliseyev və Sergey Kunitsın (eyni zamanda "Tavriya"nın prezidenti), eləcə də Avropa Liqasında “Qarabağ”la eyni qrupda yer alan “Vorskla”nın fəxri prezidenti Konstantin Jevaqoya qarşı da sanksiya tətbiq olunub. Həmçinin “Dnepr-1”in rəhbəri Yuri Beryoza, “Zarya”nın prezidenti Yevgeni Geller və Kiyev Futbol Federasiyasının başçısı Yaroslav Moskalenko da analoji durumla üzləşib.

"Forbes"in hesablamalarına əsasən, Jevaqonun əmlakı 1,6 milyard dollardır. O, milyarderlər siyahısında 1477-ci yerdə qərarlaşıb.  "Vorskla"nın fəxri prezidenti 2014-cü ildə Krımın Rusiyaya birləşdirilməsinə qədər Kerçdə "Körfəz" gəmiqayırma zavodunun sahibi olub. Hazırda o, metallurgiya, maşınqayırma, nəqliyyat, farmakologiya, gəmi-tikinti, energetika, sığorta, məişət sənayesi sahəsində müəssisələri özündə birləşdirən "Maliyyə və kredit" qrupuna rəhbərlik edir. 

Qeyd edək ki, bu şəxslərə qarşı pul vəsaitlərinin dondurulması və kapitalın çıxarılmasına qadağa qoyulmasını nəzərdə tutan iqtisadi sanksiyalar tətbiq olunub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlan özünün dili ilə ətraf mühitdən hissəciklər toplayır və onları ağız boşluğuna "analiz etmək" üçün göndərir. Bu prosedur ona qurbanını izləməyə və təhlükəni hiss etməyə kömək edir.

Redaktor seçimi

SON XƏBƏRLƏR