Dərc edildi: Baxış sayı: 242
Rusiya taxıl sazişinin bərpası üçün şərtini açıqladı
Rusiya vədlər və təminatlar deyil, yalnız konkret nəticələr əldə edildikdən sonra sazişin bərpası məsələsini nəzərdən keçirməyə hazır olacaq.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Əgər Qərb Qara dəniz təşəbbüsünü qiymətləndirirsə, o zaman öhdəliklərini yerinə yetirmək və Rusiya gübrələrini və ərzaqlarını sanksiyalar siyahısından çıxarmaq barədə düşünməlidir”, - məlumatda qeyd edilib.
Xatırladaq ki, Rusiya bu gün başa çatan Qara dəniz taxıl sazişini uzatmaqdan imtina edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət