Slimfit
  1. DÜNYA

Rusiya taxıl sazişinin bərpası barədə bu halda düşünə bilər - AÇIQLAMA

Rusiya taxıl sazişinin bərpası barədə bu halda düşünə bilər - AÇIQLAMA
Sakura

Rusiya taxıl sazişinin bərpası barədə bu halda düşünə bilər - AÇIQLAMA

Rusiya taxıl sazişinin bərpası barədə yalnız ölkənin kənd təsərrüfatı məhsullarının ixracına qoyulan qadağa aradan qalxdıqdan sonra düşünə bilər.

Ens.az Trend -ə istinadən xəbər verir ki,  bunu Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransında deyib.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə Rusiyanın Soçi şəhərinə yollanıb.

İki ölkə liderinin müzakirəsində ikitərəfli əməkdaşlıq məsələləri ilə yanaşı, taxıl sazişinin bərpası da yer alıb.

Xatırladaq ki, Taxıl Dəhlizi Sazişi Rusiya-Ukrayna müharibəsi nəticəsində Ukrayna taxıl gəmilərinin Qara dəniz limanlarından keçə bilməməsi səbəbindən 2022-ci ilin iyul ayında Türkiyə, Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatı arasında Ankarada imzalanıb. Saziş çərçivəsində dəhliz vasitəsilə 1 avqust 2022-ci il tarixindən indiyə qədər 1000-dən çox gəmi ilə 33 milyon tona yaxın taxıl daşınıb. Sonuncu dəfə mayın 17-də İstanbulda Türkiyə hakimiyyətinin vasitəçiliyi ilə 60 gün müddətinə uzadılan “Taxıl sazişi”nə iyulun 17-də Rusiya tərəfindən xitam verilib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan hər dəfə nəfəs aldıqda ağciyərlərdəki havanın 17%-i yenilənir.

Redaktor seçimi

SON XƏBƏRLƏR