Rusiya tarixdə ilk dəfə kosmosda mini orqanlar çap etməyə başlayıb
Beynəlxalq kosmik stansiyada tarixdə ilk dəfə orqan yaratmağa başladılar.
“Daha əvvəl bioprinterlə işi öyrənmiş kosmonavt Oleq Kononenko 4 dekabr 18:00-da canlı toxumaların çapı üzrə eksperimentlərə başladı. Eksperimentin nəticəsində siçanın qalxanabənzər vəzisinin qığırdaq toxuması və orqan konstruktunun əldə edilməsi planlaşdırılır”, - şirkətdən bildiriblər.
Eksperimentin nəticələrini 2018-ci ilin dekabr ayında Yerə göndərəcəklər, sonra onları araşdırıb 2019-cu ilin əvvəlində nəticələri ictimailəşdirəcəklər.
ABŞ 2019-cu ilin yazında Beynəlxalq Kosmik Stansiyaya özünün bioprinterini göndərməyi planlaşdırır.
Rusiya özünün belə aparatını kosmosa 11 oktyabr tarixində göndərməyə hazırlaşırdı, amma raket daşıyıcısının qəzasından sonra bu baş vermədi. Tədqiqatçılar qısa zamanda digər nümunə hazırladılar və dekabr ayının 3-də Baykonurdan BKS-ə göndərdilər.
Mənbə: Ria.ru
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət