Slimfit
  1. CƏMİYYƏT

Rusiya sülhməramlıları öz mandatlarından kənara çıxırlar - AÇIQLAMA

Rusiya sülhməramlıları öz mandatlarından kənara çıxırlar - AÇIQLAMA
Sakura

Rusiya sülhməramlıları öz mandatlarından kənara çıxırlar - AÇIQLAMA

“Açıq şəkildə Azərbaycan tərəfi Hadrut istiqamətində meşələrdə gizlənən erməni yaraqlılarının olması barədə Rusiya sülhməramlılarına məlumat verib. Əslində, Azərbaycanın suveren ərazisi olduğu üçün Azərbaycan özü istənilən anti-terror əməliyyatı keçirə bilərdi. Lakin qarşılıqlı şəkildə sülhməramlıların həmin ərazilərdə olması səbəbindən mövcud vəziyyətə onların nəzarət etməsinə şərait yaratdı”.

Ens.az xəbər verirki,bu barədə Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli Dağlıq Qarabağda yerləşdirilən Rusiya sülhməramlılarının bu missiyanın vəzifə və funksiyalarını beynəlxalq qanunvericilik, birgə üçtərəfli bəyanatla tənzimlənən şəkildə öhdəliklərinə uyğun qurmadıqları ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

Deputat bildirib ki, görünür, rusiyalı sülhməramlılar əraziyə gələrək, səsgücləndiricilər vasitəsilə meşədə olan yaraqlıları çıxarmaq istəsələr də, onlar imtina ediblər:

“Bu halın yaşanması ilk dəfə deyil. Ondan əvvəl də ərazidə çalışan “Azercell” şirkətinin mexaniki də yaralanmışdı. Meşədə gizlənən yaraqlılar ərazilərimizdə mülki işlər aparan şəxslərə də hücum edərək, onlara xəsarət yetiriblər.

Bu, bir növ hiss olunan və görünən, gözlənilən bir hadisə idi. Düşünürəm ki, bəzən sülhməramlılar mandatdan kənara çıxan işlərə yol verirlər. Hesab edirəm ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, eləcə də, Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərliyi həmin sülhməramlıların rəhbərləri ilə görüşüb bu məsələ barədə fikirlərini bildiriblər.

Onlara xəbərdarlıq edilib ki, əvvəl mandatlarına uyğun hərəkət etsinlər və Azərbaycan tərəfinin suveren hüquqlarını müdafiə etməsinə mane olmasınlar”.

Tahir Kərimli baş verənlər barədə Rusiya tərəfinin verdiyi bəyanata da toxunub:

“Belə olan halda Rusiya tərəfi sülhməramlıların hadisə yerinə gəldiyini qeyd edir. Lakin hadisənin baş verməsində təqsirkar olan tərəfi müəyyən etmir. Sadəcə, insidentin aradan qaldırılması qeyd olunur.

Bir kəlmə deyilmir ki, bəyanatın normalarını pozan tərəf hansıdır? Birmənalı olaraq ərazidə silahlılar var. İstər köhnə Ermənistan ordusundan qalma olsun, istərsə də yenidən təşkil olunmuş olsun.

Ümumiyyətlə, yayılan bəzi məlumatlar var ki, Rusiya sülhməramlıları hansısa yaraqlıların, silahlıların saxlanılmasına imkan verir. Əslində, bu, Rusiyanın öz imicinə böyük bir zərbədir. Dünya ölkələri, eləcə də, Azərbaycan ictimaiyyəti Rusiya sülhməramlılarının Dağlıq Qarabağda olmasına heç də razı deyil.

Belə olan halda hər iki dövlətin, həm də Azərbaycanın razılığı ilə sülhməramlılar orada yerləşiblərsə, həmin sülhməramlılar Azərbaycanın suveren hüquqlarına hörmət etməlidirlər.

Ölkə başçısı da dəfələrlə öz çıxışlarında xəbərdarlıq etmişdi ki, yanlış hərəkətə yol verənlər 10 qat cavablarını alacaqlar. Hər kəs ağlını başına yığmalıdır. Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti vəziyyətə uyğun olaraq anti-terror əməliyyatı keçirməyə məcbur oldu.

Bu əməliyyat nəticəsində Azərbaycan sözügedən hər iki kəndə (Xocavənd rayonunun Çaylaqqala və Köhnə Tağlar kəndləri - red.) nəzarəti yenidən bərpa etdi. Həmin yaraqlılar öz cəzalarını aldılar və yenidən təxribata cəhd edərlərsə, layiqli cavablarını alacaqlar.

Azərbaycan tərəfi daha güzəşt etməyəcək! Azərbaycan Rusiyaya nə qədər hörmətlə yanaşsa da, sülhməramlıların ərazidə yerləşdirilməsinin ilkin məqsədi erməni silahlılarının oradan çıxarılmasıdır.

Təmas xəttində onların yerləşdirilməsi isə erməni yaraqlılarını ərazidən çıxardıqca olmalı idi. Amma sülhməramlılar erməniləri çıxarmamış gəlib yerləşdi. Bu səbəbdən də biz Xankəndinin özündə, digər yaşayış məntəqələrində də narahatlıq keçiririk.

Sülhməramlıların qondarma qurumun rəhbərlərinə dövlət kimi yanaşması, onlarla danışıqlar aparması, hərbçiləri ilə görüşməsi Azərbaycan ictimaiyyətində rusiyalı sülhməramlıların fəaliyyətinə ciddi şübhələr yaradır”.

“Erməni silahlı dəstələri bu ərazilərdə müxtəlif foto, videolar çəkirlər, çox rahat şəkildə bu kimi məlumatlar xarici mediaya ötürülür. O ərazilərdə əlisilahlı şəxslər olmamalıdır. Hesab edirəm ki, Azərbaycan Rusiya tərəfinə kifayət qədər xəbərdarlıq edib.

Artıq ölkəmiz qəti addımlar atmaqda haqlıdır. Eyni zamanda, Rusiyanın Azərbaycandan idxal etdiyi 189 milyon dollar dəyərində olan pomidor məhsullarına qoyulan qadağa və digər məhdudlaşdırıcı məqamlar var ki, heç də xoş deyil və siyasi yozum yaradır.

Yəni necə oldu birdən-birə illərdir Azərbaycandan idxal edilən məhsullardan razılıq edən ölkə həmin məhsullarda xəstəliklər tapdı? Azərbaycan rəhbərliyi Rusiya rəhbərliyinə bütün bu məsələlər barədə zəruri addımların atılması ilə bağlı arzu və istəklərini bəyan edib.

Onu da qeyd etmək lazımdır ki, sülhməramlılar müəyyən bir müddətə həmin ərazidə qalacaqlar. Azərbaycanın da adekvat cavablarını unutmaq olmaz. Azərbaycanın təmkinli, diplomatik yollarla, münasibətlərin pozulmayacağı şəkildə davranışları vəziyyəti korreksiya edəcək.

Heç bir nüfuzu olmayan Ermənistanın müdafiəsindən çox, regionda Azərbaycan, Türkiyə və digər dövlətlərlə əməkdaşlıq xətti daha üstün mövqeyə gələcək”, - deyə Tahir Kərimli sonda qeyd edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Super qapıçı

Redaktor seçimi

SON XƏBƏRLƏR