Slimfit
  1. DÜNYA

Rusiya sualtı silahının istehsalına hazırlaşır

Rusiya sualtı silahının istehsalına hazırlaşır
Sakura

Rusiya sualtı silahının istehsalına hazırlaşır

Rusiyada düşmənin təyyarədaşıyan gəmilərini və sahil infrastrukturunu iflic etməyə qadir olan “Poseydon” sualtı dronunun eksperimental işlənməsi prosesi başa çatıb.

Axar.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi informasiya yayıb.

“2017-ci ilin dekabrında “Poseydon” pilotsuz sualtı aparat sisteminin təchizatı üçün nüvə enerji qurğusunun sınaqları uğurla başa çatdı. Bu hadisə təqdim olunan xarakteristikalara sahib pilotsuz sualtı aparatın yaradılması layihəsinin mümkünlüyünü təsdiqlədi”, - MN-dən bildirilib.

Sınaqlar zamanı aparatın bütün sistem və konstruksiyalarının etibarlılığı yoxlanılıb.

MN poliqonlarında real şəraitdə buraxılışlar zamanı aparatın dinamik xarakteristikalarının qiymətləndirildiyi sınaqlar keçirilib, həmçinin aparatın avtonom rejimdə hərəkət parametrləri yoxlanılıb.

“Poseydon”un yaradılması istiqamətində bütün tədbirlər təyin olunmuş qrafikə əsasən keçirilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşa, Qarabağı Könüllü Müdafiə Batalyonu - 1992-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR