Dərc edildi: Baxış sayı: 188
Rusiya snayper gülləsini saxlayan gödəkcəni sınaqdan keçirdi
Rusiya hərbçiləri NATO-nun 8,6 mm çaplı snayper güllələrini saxlayan yeni “Obereq” zirehli gödəkcələri sınaqdan keçirib.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bunu “Rostex”in baş direktor müavini Vladimir Artyakov deyib.
“Gödəkcənin ümumi çəkisi 11.7 kq-dır. Onu təkcə 7.62x54 mm kalibrli Br-5 güllələri üçün deyil, həm də 8.6 mm-lik daha böyük “338 Lapua Maqnum” güllələri üçün sınaqdan keçirdik. Keramik lövhə gülləni saxladı. Biz həm də ABŞ və Çin istehsalı olan gödəkcələri də sınaqdan keçirdik. Sınaqlar göstərdi ki, xarici istehsal olan gödəkcələr çox zəifdir”, - Artyakov bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət